525.Az

Azərbaycan üzgüçüləri Kutaisi turnirini 33 medalla başa vurublar


 

Azərbaycan üzgüçüləri Kutaisi turnirini 33 medalla başa vurublar<b style="color:red"></b>

Azərbaycan üzgüçüləri Gürcüstanın Kutaisi şəhərində keçirilən beynəlxalq turniri 33 medalla başa vurublar.

525.az-a bu barədə Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.

Yığma üzvləri yarışda daha 26 mükafata sahib çıxıblar. Turnirin ilk günündə milli komanda 7 medal qazanıb.

Bundan əlavə, Fatimə Alkərəmova Belarusun paytaxtı Minsk şəhərində baş tutmuş Belarus Açıq Üzgüçülük Kubokunda 3-cü yeri tutub. İdmançı qarışıq üsul ilə 400 metr məsafəni 5:11.93 vaxta qət edərək bürünc medal qazanıb.

 





20.07.2026    çap et  çap et