525.Az

Bakıda istirahət məkanlarına bilet satmaq adı altında 18 nəfərə dələduzluq edilib - VİDEO


 

Bakıda istirahət məkanlarına bilet satmaq adı altında 18 nəfərə dələduzluq edilib - <b style="color:red"> VİDEO</b>

Bakıda istirahət məkanlarına bilet satacağını deyərək dələduzluq edən şəxs saxlanılıb.

525.az xəbər verir ki, Bakı şəhərində dələduzluq əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 35 yaşlı Elvin Məhərrəmov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, vətəndaşlara bazar qiymətindən ucuz avtomobil və ehtiyat hissələri, eləcə də müxtəlif istirahət məkanlarına bilet satacağını vəd edərək onların etibarını qazanıb. Bu yolla E.Məhərrəmov 18 nəfərə qarşı dələduzluq edərək onlara müxtəlif məbləğlərdə maddi ziyan vurub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 





20.07.2026    çap et  çap et