525.Az

Skaloni Argentina millisindəki gələcəyi haqda


 

Skaloni Argentina millisindəki gələcəyi haqda<b style="color:red"></b>

Argentina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2026-nın finalında İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə uduzduqları oyundan sonra gələcəyi ilə bağlı danışıb.

525.az xəbər verir ki, o, yığmadan ayrılmaq ehtimalının olmasını da istisna etməyib: 

“Əvvəlcə federasiya prezidenti ilə söhbət edəcəyəm. Təxminən nə istədiyimi bilirəm: müqaviləmin sonuna - dekabr ayına qədər işimi yerinə yetirəcəyəm, sonra isə böyük ehtimalla dayanacağam. Açığı, hər şeyi yaxşıca düşünməliyəm. Bilmirəm, əvvəl etdiyim qədər böyük işlər görə biləcəyəmmi.

Argentina millisində işləmək hər bir məşqçinin arzusudur. Biz məşqçilər heyəti və futbolçularla birlikdə son ana qədər əlimizdən gələni etdik. Amma indi hər şeyi yenidən dəyərləndirmək üçün zamana ehtiyacım var. Davam etmək üçün özümə yenidən güc tapmalı, yenilənməli və yeni komanda qurmalıyam. Əldə etdiklərimizi təkrarlamaq inanılmaz dərəcədə çətin olacaq. Hazırda mənim üçün çox ağırdır.

Dekabra qədər hələ vaxt var. Son həftələr tam diqqətimizi dünya çempionatına və futbolçuların oyunlarının təhlilinə yönəltmişdik. Buna görə də gələcəyimlə bağlı məsələ nə mənim, nə də düşünürəm ki, federasiya üçün hazırda təcili deyil”, - deyə Skaloni bildirib.

48 yaşlı mütəxəssis jurnalistlərlə söhbət zamanı emosiyalarını saxlaya bilməyərək göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Skaloni 2018-ci ildən Argentina millisini çalışdırır. Onun rəhbərliyi altında komanda DÇ-2022-nin, Amerika Kubokunun iki dəfə və Finalissimanın qalibi olub. Məşqçinin Argentina Futbol Assosiasiyası ilə müqaviləsi 2026-cı ilin dekabrına qədər qüvvədədir.

 





20.07.2026    çap et  çap et