525.Az

"Sabah"ın rəqibi Bakıdadır


 

"Sabah"ın rəqibi Bakıdadır <b style="color:red"></b>

UEFA Çempionlar Liqasının 2-ci mərhələsində "Sabah"ın rəqibi olan "KuPS" Bakıdadır.

525.az xəbər verir ki, Finlandiya təmsilçisi çarter reysi ilə Azərbaycan paytaxtına gəlib. Bu gün onların matçın keçiriləcəyi "Masazır Arena"da məşqi nəzərdə tutulub.

Xatırladaq ki, "Sabah"la "KuPS" arasında ilk oyun sabah Bakıda, saat 20:00-da başlanacaq. Bu komandalar arasında cavab matçı isə iyulun 28-də Finlandiyada keçiriləcək.

 





20.07.2026    çap et  çap et