Təhsilin İnkişafı Fondu və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin birgə əməkdaşlığı çərçivəsində icra olunan “Universitetlərin elmi-pedaqoji heyət üzvləri və təhsilalanlarının IELTS imtahanına təşviq edilməsi” layihəsi üzrə 2026-cı ilin II rübünün statistik nəticələri açıqlanıb.
Fonddan 525.az-a bildirilib ki, qeyd edilən dövr ərzində ümumilikdə 282 nəfərin IELTS imtahanı üzrə xərcləri Fond tərəfindən qarşılanıb. Layihə üzrə iştirakçıların 153-ü kişi, 129-u isə qadındır.
Qeyd olunub ki, layihə çərçivəsində 233 bakalavr, 38 magistratura tələbəsi, 1 doktorant və 10 müəllim IELTS imtahanı üzrə dəstəkdən yararlanıb.
2022-ci ildən icra olunan layihə ali təhsil müəssisələrində təhsilalanların və akademik heyətin xarici dil bacarıqlarının inkişaf etdirilməsi, onların beynəlxalq təhsil və akademik imkanlara çıxışının genişləndirilməsinə xidmət edir.
2026-cı ildən layihə üzrə namizədlər üçün IELTS imtahanından minimum 7.0 bal toplamaq və nəticəni əldə etdikləri tarixdən etibarən 6 ay müddətində təhsil aldıqları ali təhsil müəssisəsinə təqdim etmək tələbi müəyyənləşdirilib.
Layihə çərçivəsində indiyədək 14 ali təhsil müəssisəsi, eləcə də onların nəzdində fəaliyyət göstərən struktur bölmələri və filialları ilə əməkdaşlıq müqaviləsi imzalanıb
çap et