525.Az

Çin humanoid robot istehsalında liderdir


 

Çin humanoid robot istehsalında liderdir<b style="color:red"></b>

2026-cı ilin ilk yarısında Çində 400-dən çox tam funksional humanoid robot hazırlanıb ki, bu da dünyada yaradılan belə robotların yarıdan çoxunu təşkil edir.

525.az xəbər verir ki, bu barədə ölkənin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, bu göstərici Çində robototexnika sektorunun beynəlxalq rəqabət üstünlükləri fonunda sürətli inkişafını nümayiş etdirir. 

Çində hazırlanmış dördayaqlı robotlar qlobal satışların təxminən 70 faizini təşkil edib.

Pərvanə Sultanova

 





20.07.2026    çap et  çap et