Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində cari ilin birinci yarımilində 22 552 uşağa reabilitasiya xidmətləri göstərilib.
ƏƏSMN-dən 525.az-a bildirilib ki, onlardan əlilliyi olan 1 089 uşaq stasionar, 13 240 uşaq ambulator, digərləri isə icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.
Qeyd edilib ki, bu kateqoriyadan olan uşaqlar Nazirliyin Bakıda fəaliyyət göstərən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, həmçinin Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin olunurlar.
çap et