525.Az

İlin ilk yarısında 22 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib


 

İlin ilk yarısında 22 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müəssisələrində cari ilin birinci yarımilində 22 552 uşağa reabilitasiya xidmətləri göstərilib.

ƏƏSMN-dən 525.az-a bildirilib ki, onlardan əlilliyi olan 1 089 uşaq stasionar, 13 240 uşaq ambulator, digərləri isə icma əsaslı, onlayn və səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Qeyd edilib ki, bu kateqoriyadan olan uşaqlar Nazirliyin Bakıda fəaliyyət göstərən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində, həmçinin Qəbələ və Şəmkir rayonlarındakı Uşaq Reabilitasiya Mərkəzlərində reabilitasiya xidmətləri ilə təmin olunurlar.

 





20.07.2026    çap et  çap et