Böyük Britaniyanın Baş naziri Kir Starmer hökumət başçısı kimi fəaliyyətinin başa çatdığını elan edib və xələfi Endi Börnemə uğurlar arzulayıb.
525.az xəbər verir ki, bu barədə onun müraciətində deyilir.
"Sizə və bu böyük ölkəyə Baş nazir kimi xidmət etmək həyatımın ən böyük şərəfi idi. Əminəm ki, Britaniya bu gün iki il əvvəlkindən daha güclü və ədalətlidir", - Starmer bildirib.
O, əsas xidmətləri kimi yoxsulluğun azalmasını, immiqrasiya səviyyəsinin aşağı salınmasını, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsini və beynəlxalq nüfuzunun artırılmasını göstərib. Həmçinin düşmənlərin parçalanma yaratmaq üçün heç nədən çəkinmədiyi bir dünyada Böyük Britaniyanı birliyini qorumağa çağırıb.
Müraciətdən sonra o, istefa ərizəsini Kral III Çarlza təqdim etmək üçün Bukinqem sarayına yollanıb.
Pərvanə Sultanova
çap et