525.Az

“Vasitəçilər İran və ABŞ-a 10 günlük atəşkəs təklif edirlər” - Reuters


 

“Vasitəçilər İran və ABŞ-a 10 günlük atəşkəs təklif edirlər” - <b style="color:red">Reuters</b>

İran və ABŞ arasında vasitəçilik edən ölkələr müvəqqəti razılaşmanın bərpası variantlarını müzakirə etmək üçün 10 günlük atəşkəs təklif edirlər.

525.az xəbər verir ki, bu barədə Reuters İrandakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, vasitəçilər Tehrana ABŞ ilə münaqişənin gərginliyinin azaldılmasına dair təklif təqdim ediblər. Təklif 10 günlük atəşkəs rejiminin elan edilməsini nəzərdə tutur.

ABŞ-İran münaqişəsində növbəti eskalasiya 8 iyulda başlayıb. Vaşinqton və Tehran arasında memorandumun imzalanmasından bəri ilk dəfə olaraq bu tarixdə ABŞ qüvvələri İrana Hörmüz boğazında ticarət gəmisinə edilən hücuma cavab olaraq zərbələr endirib.

Pərvanə Sultanova

 





20.07.2026    çap et  çap et