Şənbə günü Peruda baş verən ardıcıl iki zəlzələdə 6 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Peru Milli Mülki Müdafiə İnstitutunun rəhbəri Luis Vaskes deyib.
O qeyd edib ki, Perunun Junin bölgəsində baş verən zəlzələlərdə 21 nəfər yaralanıb.
Luis Vaskes bildirib ki, ilkin qiymətləndirmələrə görə, 48 ev dağılıb, 18 ev isə zədələnib.
Vaskez zəlzələdən təxminən 300 nəfərin təsirləndiyini və qurbanlar üçün çadırların qurulduğunu bildirib. O qeyd edib ki, Çupakada dağıdılmış və ya zədələnmiş evlərin əksəriyyəti palçıq kərpicdən tikilib. Zəlzələ zonasına göndərilən təcili yardım və yanğınsöndürmə qrupları dağıntılar altında qalanlara çatmaq üçün axtarış və xilasetmə işlərini davam etdirir.
Xatırladaq ki, şənbə axşamı paytaxt Limadan təxminən 300 kilometr şərqdə yerləşən Junin bölgəsinin Çupaka əyalətində 5.1 və 3.7 bal gücündə iki ardıcıl zəlzələ baş verib.
İbrahim Cəfərov
çap et