525.Az

“Faiz etibarı ilə daha çox azalma minik avtomobillərində qeydə alınıb” - Millət vəkili


 

 “Faiz etibarı ilə daha çox azalma minik avtomobillərində qeydə alınıb” - <b style="color:red">Millət vəkili</b>

“Rəsmi statistikaya əsasən, qeyri neft-qaz idxalında faiz etibarı ilə daha çox azalma minik avtomobillərində qeydə alınıb. Bu ilin ilk 5 ayında Azərbaycana 430.2 milyon dollar məbləğində 23411 avtomobil idxal edilib. Bu real ifadədə 40 faiz azalma deməkdir”. 

Bunu 525.az-a iqtisadçı millət vəkili Vüqar Bayramov deyib. Millət vəkili bildirib ki, dərman vasitələrinin idxalına həmin müddətdə cəmi 192.6 milyon dollar xərclənib. Bu məhsulların idxalı 34 faiz azalıb. Məişət kondisionerlərinin idxalında 20 faiz azalma qeydə alınıb. 130 milyon dollarlıq idxalı olan polat prokatında isə 10 faiz azalma müşahidə edilib:

“Həmin dövrdə qeyri neft-qaz idxalındakı azlama çay, kartof, ayaqqabı, şokolad və bir sıra digər sənaye və qida məhsulları üzrə də qeydə alınıb”.

Sevinc Qarayeva 
 

 





20.07.2026    çap et  çap et