525.Az

"Metro stansiyalarının yaxınlığında böyük parkinqlərə ehtiyac var" - Ekspert


 

"Metro stansiyalarının yaxınlığında böyük parkinqlərə ehtiyac var" - <b style="color:red">Ekspert</b>

“Bu gün Bakıda ən böyük iş yerləri, Sədərək, Binə və Abşeron ticarət mərkəzləridir. Təxmini məlumatlara əsasən bu Ticarət Mərkəzlərində 70 -80 min sahibkar çalışır. Üstəgəl o qədərdə personal, üstəgəl hər gün o qədər də müştəri ora alış verişə gedir. Orda çalışanların çoxu əsasən Əhmədli Günəşli Bakıxanov Binə qəsəbəlırində yaşayırlar. Deməli hər gün 100 minə yaxın avtomobil şəhərin bir tərəfindən digər tərəfinə hərəkət edir. Bu da yoldakı sıxlığa təsir edən amillərdən biridir”.

Bunu iqtisadçı ekspert Eyyub Kərimli 525.az-a deyib. O bildirib ki, metro stansiyslarina yaxın (20 yanvar, Azadlıq prospekti, Xətai, Koroğlu, Əhmədli və Xalqlar dostluğu) pulsuz və ya orta tarifdən çox aşağı qiymətə olan  böyük parkinqlərin yaradılmasına ehtiyac var. O zaman insanlar şəxsi avtomobili ilə o stansiyalara gələrək hərəkətlərini metro ilə davam etdirə bilərlər. Bu insanlarda şəhərin baha parkinqindən qənaət etmək, həmçinin tixacda saatlarla qalmamaq üçün həvəsləndirici tədbir ola bilər:

“Ticarət mərkəzlərinə isə yaxın metrolardan ekpresslərin işləməsi müsbət nəticə verə bilər. Bu istiqamətdə avtomobil hərəkətlərinin azalmasına təsir edə bilər”.

Sevinc QARAYEVA

 





20.07.2026    çap et  çap et