“Son illərdə ölkəmizdə doğum səviyyəsi yavaş da olsa azalır, əhalinin yaş strukturu tədricən dəyişir və şəhərləşmə sürətlənir. Bu gün Azərbaycan hələ də bir çox inkişaf etmiş ölkələrlə müqayisədə daha əlverişli demoqrafik vəziyyətə malikdir. Dövlətin mənzil təminatı, ipoteka, sosial dəstək sahəsində gördüyü işlər prossesin qarşısını xeyli dərəcdə alır. Amma bütün bunlarla yanaşı ölkəmiz də gələcəkdə qlobaı oxşar çağırışlarla üzləşəcəkdir. Ən maraqlı sual isə budur: bu proses geri çevrilə bilərmi? Təcrübə göstərir ki, bunun cavabı heç də asan deyil”.
Bunu 525.az-a millət vəkili Tahir Mirkişili söyləyib. Millət vəkili bildirib ki, Yaponiya, Cənubi Koreya, Çin, Sinqapur, İtaliya və Macarıstan ailələrə milyardlarla dollar həcmində maliyyə dəstəyi göstərməsinə, vergi güzəştləri tətbiq etməsinə və müxtəlif təşviq proqramları həyata keçirməsinə baxmayaraq, doğum səviyyəsini əhəmiyyətli dərəcədə artıra bilməyiblər:
“Bu fakt onu göstərir ki, məsələ yalnız iqtisadi stimullarla həll olunmur. Burada həyat tərzi, sosial dəyərlər, mənzil siyasəti, iş rejimi, gender münasibətləri və ümumilikdə müasir şəhər modelinin yaratdığı davranış dəyişiklikləri birlikdə rol oynayır”.
Sevinc Qarayeva
çap et