525.Az

Azərbaycan əhalisinin sayı 0,1 faiz artıb


 

Azərbaycan əhalisinin sayı 0,1 faiz artıb<b style="color:red"></b>

İlin əvvəlindən Azərbaycan əhalisinin sayı 9287 nəfər və ya 0,1% artaraq 2026-cı il iyun ayının 1-i vəziyyətinə 10271638 nəfərə çatıb.

525.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,3%-ni şəhər, 45,7%-ni kənd sakinləri, 49,8%-ni kişilər, 50,2%-ni isə qadınlar təşkil edir.

 





21.07.2026    çap et  çap et