525.Az

Yanvar-may aylarında Azərbaycanda 1 184 əkiz, 48 üçəm doğulub


 

Yanvar-may aylarında Azərbaycanda 1 184 əkiz, 48 üçəm doğulub<b style="color:red"></b>

Bu ilin yanvar-may ayları ərzində 34 056 doğulan körpə qeydə alıb.

525.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,2-dən 8,0-a düşüb.

Doğulan körpələrin 53,5 faizi oğlan uşaqları, 46,5 faizi isə qız olub. Onlardan 1184-ü əkiz, 48-i isə üçəmdir.

Həmçinin cari ilin yanvar-may aylarında ölkədə 25 511 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 5,9-dan 6,0-a qədər artıb.

 





21.07.2026    çap et  çap et