525.Az

Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək


 

Sabah ölkə üzrə pensiyalar tam ödəniləcək<b style="color:red"></b>

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyulun 22-də respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

525.az-a bu barədə DSMF-dən məlumat verilib.

Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

 





21.07.2026    çap et  çap et