525.Az

Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb


 

Regionlarda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılıb<b style="color:red"></b>

2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə başlanılıb.

525.az xəbər verir ki, valideynlər 11:00-dan başlayaraq Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər.

Qeyd edək ki, Bakı şəhəri üzrə seçim prosesi 21 iyul saat 15:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə 22 iyul saat 11:00-da başlayacaq.

Bildirək ki, qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və 14 sentyabr saat 18:00-a qədər davam edəcək. Məktəbəhazırlıq qruplarına yalnız 2021-ci il təvəllüdlü, yəni cari ildə 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

 





21.07.2026    çap et  çap et