525.Az

"Turan Tovuz" fransalı futbolçunu heyətinə qatıb


 

"Turan Tovuz" fransalı futbolçunu heyətinə qatıb<b style="color:red"></b>

"Turan Tovuz" daha bir futbolçu transferini açıqlayıb.

525.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Fransalı yarımmüdafiəçi Stiv Beusnardla anlaşma əldə olunub. 34 yaşlı oyunçu ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, "Monpelye"nin yetirməsi olan Stiv Beusnard son mövsümdə Fransa Liqa 2-də "Pau" forması ilə 27 oyunda meydan olub. O, karyerası ərzində vətənində "Bezye" və "Ayaçço" klublarında da çıxış edib.

 





21.07.2026    çap et  çap et