Laçında çətənə bitkiləri aşkarlanıb.
525.az-a Daxili İşlər Nazirliyinin Bərdə Regional Qrupundan verilən məlumata görə ,Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı Əlövsət Gülməmmədov saxlanılıb.
Keçirilən baxış zamanı onun Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən 77 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə Ə.Gülməmmədov barəsində həbs qətimkan tədbiri seçilib.
çap et