525.Az

Azərbaycan Afinadakı beynəlxalq konfransda təmsil olunub


 

Azərbaycan Afinadakı beynəlxalq konfransda təmsil olunub<b style="color:red"></b>

Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) Avropa İttifaqının “EU4Energy” layihəsinin III fazası çərçivəsində iyulun 14-15-də Yunanıstanın Afina şəhərində keçirilən "Gələcək enerji bağlantılarının qurulması: Əlaqələndirmə gündəliyi çərçivəsində interkonnektorlar və bərpaolunan enerjinin inteqrasiyası" mövzusunda yüksək səviyyəli beynəlxalq konfransda təmsil olunub.

525.az-a agentlikdən bildirilib ki, tədbirdə Şərq Tərəfdaşlığı ölkələrinin aidiyyəti dövlət qurumlarının, tənzimləyici orqanlarının, Avropa İttifaqı institutlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Konfransın əsas məqsədi enerji təhlükəsizliyinin gücləndirilməsi, sərhədlərarası elektrik interkonnektorlarının inkişafı, bərpaolunan enerji mənbələrinin enerji sistemlərinə inteqrasiyası, regional əməkdaşlığın genişləndirilməsi və Avropa İttifaqının enerji bazarı ilə inteqrasiyanın təşviqinə dair təcrübəsi və yanaşmalarının müzakirəsi olub.

Tədbir çərçivəsində Avropa İttifaqının enerji siyasəti, bazar inteqrasiyası, şəbəkə qaydaları və enerji infrastrukturunun planlaşdırılması sahəsində aktual məsələlər üzrə fikir mübadiləsi aparılıb.

Tədbirin "Şərq Tərəfdaşlığının perspektivləri və gələcək istiqamətləri" mövzusunda panel iclasında EMTA-nın Enerji sahəsində liberallaşdırma şöbəsinin müdiri Elmar Güləliyev çıxış edərək ölkəmizdə elektrik enerjisi bazarının liberallaşdırılması istiqamətində həyata keçirilən islahatlar, regional enerji əməkdaşlığı və Avropa enerji bazarı ilə inteqrasiya perspektivləri barədə məlumat verib.

 





21.07.2026    çap et  çap et