525.Az

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb


 

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34 faiz artıb<b style="color:red"></b>

Bu ilin yanvar-iyun aylarında neft-qaz sektoruna 3 milyard 163,6 milyon manatlıq vəsait yönəldilib.

525.az-a Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə ölkənin neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 34,3 faiz artıb.

Qeyd edək ki, 2025-ci ilin müvafiq dövründə sözügedən göstərici 2 milyard 320,5 milyon manat səviyyəsində olub.

 





21.07.2026    çap et  çap et