525.Az

Özbəkistan şirkətləri ilə əməkdaşlıq çərçivəsində 11 mindən çox nəqliyyat vasitəsi istehsal olunub


 

Özbəkistan şirkətləri ilə əməkdaşlıq çərçivəsində 11 mindən çox nəqliyyat vasitəsi istehsal olunub<b style="color:red"></b>

Hacıqabul Sənaye Parkında Özbəkistan şirkətləri ilə əməkdaşlıq çərçivəsində 11 mindən çox nəqliyyat vasitəsi istehsal olunub.

525.az-a İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) bildirilib ki, agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Parkında Azərbaycan-Özbəkistan sənaye əməkdaşlığı çərçivəsində avtomobil istehsalı uğurla davam etdirilir.

Hacıqabul Sənaye Parkının rezidenti olan “Azərmaş CP” MMC tərəfindən Özbəkistanın “UzAvtoSanoat” SC ilə əməkdaşlıq çərçivəsində bu günədək ümumilikdə 10 min 700-dən çox “Chevrolet” markalı avtomobil istehsal edilib. İstehsal olunan avtomobillər arasında “Labo”, “Damas”, “Malibu”, “Lacetti”, “Tracker”, “Cobalt”, “Nexia”, “Spark”, “Traverse”, “Tahoe”, “Equinox”, “Onix” və “Captiva” modelləri yer alır.

Bununla yanaşı, sənaye parkında “Azərmaş Park” MMC tərəfindən Özbəkistanın “SamAvto” şirkəti ilə əməkdaşlıq çərçivəsində, pikap, yük avtomobili və avtobuslar olmaqla 300-dən artıq “ISUZU” markalı nəqliyyat vasitəsi istehsal olunub.

Sənaye Parkında həyata keçirilən birgə layihələr ölkədə avtomobil sənayesinin inkişafına, yerli istehsalın genişləndirilməsinə, məşğulluğun və ixrac potensialının artırılmasına töhfə verir.

 





21.07.2026    çap et  çap et