Belarusun BATE klubu heyətini yeni futbolçu ilə gücləndirib.
525.az xəbər verir ki, Borisov təmsilçisi Belarus millisinin sabiq üzvü Yuri Kovalyovu transfer edib.
33 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb.
Qeyd edək ki, BATE Kovalyovu sosial şəbəkə hesabları vasitəsi ilə Bakıdan - İçərişəhərdən təqdim edib. Bu zaman məşhur "Brilliant əl" sovet filmi təqlid olunub.
Borisov təmsilçisi İsveçrənin "Sion" komandası ilə oyununu iyulun 23-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcək.
Xatırladaq ki, UEFA Ukraynadakı müharibə ilə əlaqədar 2022-ci ilin fevralından etibarən Belarus komandalarına beynəlxalq oyunları evdə keçirməyi qadağan edib.
çap et