525.Az

“Qəbələ” nigeriyalı vinger transfer etdi


 

“Qəbələ” nigeriyalı vinger transfer etdi<b style="color:red"></b>

“Qəbələ” növbəti transferini reallaşdırıb.

525.az klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, komanda nigeriyalı vinger Uboçioma Meşakla anlaşıb.  24 yaşlı nigeriyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanıb.

Meşakın son klubu Macarıstan təmsilçisi “Kazintsbartsika” olub. O, müxtəlif illərdə “Zalaeqerseq” (Macarıstan), “Nafta” (Sloveniya), “Livinqston”, “Dandi Yunayted” (hər ikisi Şotlandiya) klublarında çıxış edb.

 





21.07.2026    çap et  çap et