Voloqodsk vilayətinin Belozersk şəhərində 2 mərtəbəi, 9 otaqlı evdə yanğın baş verib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dünən gecə yaşanan hadisə ilə bağlı vilayətin Fövqəladə Halla İdarəsi məlumat yayıb.
Çağırışa gələn yanğınsöndürənlər alovu söndürsələr də, ev demək olar ki, tamamilə yanıb. Hadisə zamanı evdə ikisi körpə olmaqla 7 nəfər var imiş.
Sakinlər sərbəst şəkildə evi tərk etdiklərindən insan itkisi olmayıb. Sonradan məlum olub ki, yanğın bilərəkdən törədilib.
Faktla bağlı bir neçə maddə ilə cinayət işi başlanılıb, naməlum şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirləri aparılır.
L.Tağıyeva
çap et