Tanınmış yazıçı Tamara Vəliyevanın “Günəşin arxasında” hekayələr kitabı İstanbulda “Nestor” nəşriyyatında çap olunub.
525.az xəbər verir ki, nəşriyyat yazıçının hekayələrini Azərbaycan tarixinin 1980-ci illərdən sonrakı dövrünə işıq salan ədəbi-bədii məxəz kimi qiymətləndirib. Təqdimatda böyük sürətlə keçən çağdaş zamanda sadə insanların hiss və duyğularının peşəkarlıqla qələmə alındığı qeyd edilib.
Yazıçı Tamara Vəliyevanın keçdiyi həyat yolu barədə yığcam girişlə açılan nəşrdə müəllifin ötən əsrin ikinci yarısında böyüdüyü aran kəndinin həyatı, özünün doğmaları və ailəsi, uşaqlıq illəri, yazıçılığa meyli barədə xatirələri əksini tapıb.
Qeyd edək ki, 20-dən artıq hekayənin yer aldığı kitabı türk dilinə Məlahət Abbasova və Hilmi Zəfər Şahin çeviriblər.

çap et