Tümen vilayətində 7-ci mərtəbədən yıxılan oğlan möcüzə nəticəsində sağ qalıb.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Novo-Patruşevo rayonundakı çoxmərtəbəli yaşayış evlərinin birində baş verib.
Olay yerinə gələn təcili tibbi yardım briqadası uşağı ağır vəziyyətdə vilayət xəstəxanasına çatdırıb. Hazırda onun vəziyyətinin tədricən stabilləşdiyi bildirilir.
Qeyd edək ki, bir neçə gün əvvəl bənzər hadisə Moskvada da yaşanmışdı. 9-cu mərtəbədən düşən 11 yaşlı qız ağır xəsarətlər almasına baxmayaraq, həyatda qalmışdı.
L.Tağıyeva
çap et