525.Az

ABŞ və Kuba arasında birbaşa telefon əlaqəsi bərpa olunub


 

ABŞ və Kuba arasında birbaşa telefon əlaqəsi bərpa olunub<b style="color:red"></b> Rəsmi Vaşinqton və Havana ölkələr arasında birbaşa telefon əlaqəsini bərpa edib.
 
Kubanın "ETECSA” rabitə operatorunun məlumatına görə, ABŞ və Kuba arasında birbaşa rabitə əlaqəsi qurulub.
 
Birbaşa telefon əlaqəsinin bərpası "ETECSA” və ABŞ-ın "Domestic Telecom” şirkəti arasında fevralda imzalanan saziş sayəsində mümkün olub.
 
Bu vaxtadək iki ölkə arasında zənglər üçüncü ölkələr vasitəsilə həyata keçirilirdi ki, bu da tariflərin baha olmasına səbəb olurdu. 
 
17 dekabr 2014-cü ildə ABŞ və Kuba ABŞ tərəfindən çoxillik iqtisadi qadağadan sonra ölkələr arasında diplomatik münasibətləri normallaşdırmaq niyyətində olmasını bəyan edib, - "Interfax” yazır.

Mincom.gov.az
 





12.03.2015    çap et  çap et