“İmişli” yay təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
525.az xəbər verir ki, komanda “Qarabağ-2” ilə qarşılaşıb. Görüş "İişli"nin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Bölgə təmsilçisinin heyətinə Juninyo dubl edib. Digər qolları isə Dioqo Almeyda, Nicat Quluzadə və Dioqo Kardozu vurub.
“İmişli” növbəti yoxlama oyununu iyulun 24-də Bakı Olimpiya Stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.
çap et