Argentina millisinin ulduz futbolçusu Lionel Messi milli karyerasını bitirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalist Ernan Kastilyo məlumat yayıb.
Kastilyonun sözlərinə görə, Messi İspaniya ilə final matçından əvvəl komanda yoldaşları qarşısında çıxış edərək, millidə son oyununa çıxdığını bildirib.
Qeyd edək ki, futbolçunun finaldan sonrakı planları da məlum olub. Valideynlərinin yaşadığı Rosarioya gedən və xəstə atasına baş çəkən futbolçu daha sonra bir müddət ailəsi ilə istirahət edəcək.
L.Tağıyeva
çap et