Ohayo ştatında çayda batan adamı xilas etməyə çalışan 5 nəfər həyatını itirib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, faciə srağagün Kolumbus Pauell şəhərciyinin yaxınlığında, Sayoto çayında baş verib.
Dairə şerifi Delaver Ceffri Balzerin dünən keçirilən mətbuat konfransında bildirdiyinə görə, dincələməyə yığışan qrupun üzvlərindən biri suya girərəkən, axın onu aparmağa başlayıb. Bu zaman qrupun digər üzvləri onu xilas etməyə çalışıblar. Amma 5 nəfər - 3 kişi və 2 qadın həyatını itirib. Dünən onların və "səbəbkar"ın cansız bədənləri xilasedicilər tərəfindən tapılıb.
Qeyd edək ki, çayın həmin ərazidə sürəti çimmək üçün çox təhlükəlidir. Faciə baş verən gün çayda axın sürəti normadan 3 dəfə çox olub.
L.Tağıyeva
çap et