525.Az
Robert Volter məcburi köçkünlər üçün salınmış qəsəbədə olub
Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Məsələlər Komitəsinin Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdə gərginliyin artması üzrə məruzəçisi Robert Volter və AŞPA-nın Siyasi İşlər və Demokratiya Departamentinin rəhbəri Despina Şatzivasilyu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynovun müşayiəti ilə Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün salınmış məhəllədə olublar.
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, AŞPA təmsilçiləri məhəllədəki 540 şagird yerlik Zəngilan rayon 33 nömrəli tam orta məktəbinin sinif otaqlarında təlim-tədris üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, məhəllədəki 280 yerlik “Şəfəq” uşaq bağçası ilə tanış olaraq körpələrin ifasında xalqlar arasında sülhü və dostluğu tərənnüm edən mahnıları dinləyiblər.
12.03.2015
çap et