“Zirə” yeni futbolçuyla anlaşıb.
525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Lue Bayere Junioru heyətinə qatıb. Kot-d’İvuarlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu daha əvvəl İsveçin “Hammarbü”, “Frey”, Serbiyanın “Jelezniçar”, “Yvor” və Türkiyənin “Göztəpə” klublarında çıxış edib.
çap et