525.Az

"Güclü rəhbər olmadan güclü məktəb qurmaq olmaz” - Təhsil eksperti


 

"Güclü rəhbər olmadan güclü məktəb qurmaq olmaz” - <b style="color:red">Təhsil eksperti</b>

“Azərbaycanda müəllimlərin sertifikasiyası keyfiyyəti artırırsa, məktəbin "beyni" olan idarəçilər niyə bu prosesdən kənarda qalır? Təhsilin keyfiyyəti təkcə müəllimdən yox, idarəetmədən başlayır. Hesab edirəm ki, məktəb direktorları və direktor müavinləri üçün də mütləq şəkildə hər 5 ildən bir sertifikasiya tətbiq edilsin”.

Bunu 525.az-a təhsil eksperti Əmrah Həsənli bildirib. Ekspert qeyd edib ki, bu olduqca vacibdir:

“Müasir idarəçilik -direktorların liderlik, maliyyə menecmenti və təhsil qanunvericiliyi üzrə bilikləri yoxlanmalıdır. Ədalət prinsipi -müəllim inkişaf edirsə, rəhbərlik də öz peşəkarlığını mütəmadi sübut etməlidir. Beynəlxalq təcrübə -ABŞ (Principal Licensure), Böyük Britaniya (NPQH) və Sinqapurda direktorlar xüsusi idarəçilik sertifikatı olmadan məktəb idarə edə bilməzlər. Güclü rəhbər olmadan güclü məktəb qurmaq olmaz”.

Sevinc Qarayeva  

 

 

 





21.07.2026    çap et  çap et