525.Az

Milli Paralimpiya Komitəsi ilə "Neftçi" İdman Klubu arasında əməkdaşlıq müzakirə edilib


 

Milli Paralimpiya Komitəsi ilə "Neftçi" İdman Klubu arasında əməkdaşlıq müzakirə edilib<b style="color:red"></b>

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) və "Neftçi" İdman Klubu İctimai Birliyinin rəhbərliyi arasında işgüzar görüş keçirilib.

Bu barədə 525 az-a MPK-dan məlumat verilib.

Toplantı zamanı gələcəkdə birgə layihələrin və idman tədbirlərinin təşkili, "Neftçi" İdman Klubunu beynəlxalq yarışlarda təmsil edən paralimpiyaçılara dəstəyin gücləndirilməsi, paraidman növlərinin təbliği, eləcə də yeni paralimpiyaçı nəslinin formalaşdırılması istiqamətində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Görüşdə Milli Paralimpiya Komitəsinin baş katibi Toğrul Rəhimov, komitə prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə, "Neftçi" İdman Klubu İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Fərəc Əliyev və İdmanın İnkişafı Departamentinin rəisi Emil Kərimov iştirak ediblər.

 





21.07.2026    çap et  çap et