525.Az

İranlı diplomat Fransa XİN-ə çağırılıb


 

İranlı diplomat Fransa XİN-ə çağırılıb<b style="color:red"></b>

İki fransız diplomatın İranda saxlanılması ilə əlaqədar olaraq bu ölkənin Fransadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

525.az xəbər verir ki, bu barədə Fransa XİN məlumat yayıb.

"Onun diqqətinə bu qəsdən və məqsədyönlü aqressiv hərəkəti qətiyyətlə pisləndiyimizi çatdırdıq. Bu hadisə diplomatik personalın təhlükəsizliyini təmin edən Vyana konvensiyalarının pozulması deməkdir. Fransa İran hakimiyyətindən hadisənin detallarının aydınlaşdırmasını, məsul şəxslərin cəzalandırmasını və beynəlxalq öhdəliklərinə uyğun olaraq diplomatik korpuslarımızın və əməkdaşların təhlükəsizliyini təmin etməsini gözləyir", - açıqlamada vurğulanıb.

Bazar günü İranda iki fransız diplomatı saxlanılıb. Fransa XİN onlardan birinin sərt rəftara məruz qaldığını bəyan edib. Diplomatlar daha sonra sərbəst buraxılıblar və tezliklə Fransaya qayıtmaları gözlənilir.

Pərvanə Sultanova

 





21.07.2026    çap et  çap et