Böyük Britaniyanın yeni xarici işlər naziri Ed Miliband ilk beynəlxalq telefon danışığını Ukraynanın xarici işlər naziri vəzifəsini icra edən Andrey Sibiqa ilə keçirib.
525.az xəbər verir ki, bu barədə XİN başçısı Miliband “X” hesabında yazıb.
Tərəflər Böyük Britaniyanın Ukraynaya dəstəyini müzakirə ediblər. Söhbət zamanı Britaniya naziri Londonun Kiyevə yardım göstərməklə bağlı dəyişməz kursunu təsdiqləyib.
Miliband 20 iyulda xarici işlər naziri təyin edilib.
Pərvanə Sultanova
çap et