Nigeriyanın Jiqava əyalətində sərnişin gəmisi aşıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Yan Dutse bölgəsindəki çayda sərnişin gəmisinin aşmasına həddindən artıq yüklənmə səbəb olub. Qəzada 1 nəfər ölüb, 40-dan çox insan itkin düşüb.
Jiqawa polis sözçüsü Şiisu Lavan Adam itkin düşənlərin əksəriyyətinin qadın olduğunu və axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini bildirib.
Qeyd edək ki, Nigeriya hökuməti sularda baş verən qəzaların azaldılması məqsədilə ölkə miqyasında lisenziyasız gəmilərin və qayıqların fəaliyyətini qadağan edib.
İbrahim Cəfərov
çap et