525.Az

Əfqanıstanda daşqınlar 20 nəfərin həyatına son qoyub


 

Əfqanıstanda daşqınlar 20 nəfərin həyatına son qoyub<b style="color:red"></b>

Əfqanıstanın şərqindəki Nuristan əyalətində şiddətli yağışlar daşqınlara səbəb olub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, daşqınlar nəticəsində yaşayış məntəqələri su altında qalıb.

Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin açıqlamasında ən azı 20 nəfərin öldüyü, 80 nəfərin yaralandığı və 100-dən çox insanın itkin düşdüyü bildirilib.

Ən çox ziyanın Nuristan əyalətinin paytaxtı Parunda baş verdiyi qeyd olunub.

Təsirə məruz qalan ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir.

İbrahim Cəfərov

 





22.07.2026    çap et  çap et