Vyetnamda ağır yol qəzası baş verib.
525.az “Vietnam News”a istinadən xəbər verir ki, Dong Nai bölgəsində sərnişin avtobusu hələlik müəyyən edilməmiş səbəbdən yol kənarındakı maneələrə çırpılıb, daha sonra isə yanıb.
Alov içində qalan avtobusda 7 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Qəzanın səbəbləri ilə bağlı araşdırma davam edir.
İbrahim Cəfərov
çap et