525.Az

Nigeriyada 9 nəfəri ildırım vurub


 

Nigeriyada 9 nəfəri ildırım vurub<b style="color:red"></b>

Nigeriyanın Adamava ştatında tarlada çalışan 9 nəfəri ildırım vurub.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Adamava ştatı polisinin sözçüsü Süleyman Nquroje bildirib.

O deyib ki, hadisə ştatın Qanye bölgəsindəki Dadiri-Tirigali kəndində baş verib. İldırım vurması nəticəsində 6 nəfər həlak olub. Huşsuz tapılan 3 nəfər isə xəstəxanaya aparılıb. Onların vəziyyəti ağır olaraq qiymətləndirilir.

İbrahim Cəfərov

 





22.07.2026    çap et  çap et