Hindistanda leopardın spirtli içkilər satılan mağazaya soxulması az qala faciə ilə nəticələnəcəkmiş.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Todarai-Sinqx şəhərində baş verən olayda 3 nəfər ciddi xəsarətlər alıb.
Mağazaya girən vəhşi oradakı 2 müştəri və satıcıya hücum edib. Sancay Qudcar adlı satıcı özünü itirməyərək leoparda müqavimət göstərib və fürsət tapan kimi mağazanı tərk edərək qapını bağlayıb. Hadisə yerinə gələn xilasedicilər heyvanı xüsusi iynə ilə yatızdıraraq veterinar mərkəzə aparıblar. Xəsarət alanlar isə Racastan ştatının xəstəxanalarından birinə yerləşdirilib.
Qeyd edək ki, mağazada baş verənlər müşahidə kameralarına düşüb və qısa zamanda sosial şəbəkələrdə böyük marağa səbəb olub.
L.Tağıyeva
çap et