525.Az

Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edilib


 

Azərbaycanda bir sığorta agentinin lisenziyası ləğv edilib<b style="color:red"></b>

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən Məmmədov Rizvan Qasım oğluna sığorta agenti fəaliyyətinə verilmiş 1 iyun 2009-cu il tarixli, 000129 nömrəli lisenziya ləğv edilib.

525.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, onun lisenziyası "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.8-ci maddəsinə əsasən (lisenziya sahibinin məqbul və lazımi keyfiyyətlərə malik olmaması və yaxud ölməsi) ləğv olunub.

 





22.07.2026    çap et  çap et