525.Az

Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi


 

Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi<b style="color:red"></b>

Belçika millisinin yeni baş məşqçisi Mark van Bommel olacaq.

525.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin iddiasına görə, 48 yaşlı niderlandlı mütəxəssislə bütün detallar razılaşdırılıb. Tərəflər 2028-ci ilin iyun ayınadək nəzərdə tutulan müqavilə ilə bağlı razılığa gəliblər. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Van Bommel son olaraq 2022-2024-cü illərdə "Antverpen"i çalışdırıb. Onun rəhbərliyi altında komanda Belçika çempionu, ölkə kubokunun və Superkubokunun qalibi olub.

Qeyd edək ki, Belçika Futbol Assosiasiyası dünya çempionatından sonra Rudi Qarsiya ilə yollarını ayırmışdı

 





22.07.2026    çap et  çap et