Yaponiyalı futbolçu Ryonosuke Ohori “Neftçi”dən ayrılıb.
525.az xəbər verir ki, ötən mövsümü “Kəpəz”də icarədə keçirmiş 25 yaşlı yarımmüdafiəçinin yeni klubu da bəllidir.
O, karyerasını Serbiyada davam etdirəcək. Ohori bu ölkənin “Radnik” klubuna keçib. Superliqa təmsilçisinin rəsmi saytı futbolçu ilə 3 illik müqavilə bağlandığını açıqlayıb.
Qeyd edək ki, Ohori 2025-ci ilin yanvar ayında “Neftçi”yə transfer olunmuşdu.
çap et