525.Az

Türkiyədə sərnişin avtobusu aşdı - 31 yaralı


 

Türkiyədə sərnişin avtobusu aşdı - <b style="color:red"> 31 yaralı</b>

Kütahya-Afyonkarahisar yolunun 36 km-də sərnişin avtobusu qəzaya uğyayıb.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib.

İstanbuldan Kuşadasına gedən avtobus sürücünün idarəetməsində çıxaraq beton baryerlərə çırpılıb və aşıb. 31 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, qəza üzündən bir müddət Afyonkarahisar istiqamətində nəqliyyatın hərəkətini məhdudlaşıb. Aşmış avtobus yoldan götürüldükdən sonra hərəkət bərpa olunub.

L.Tağıyeva

 





22.07.2026    çap et  çap et