1952-ci ildə Atlantik okeanında qəzaya uğramış "Pan American World Airways" aviaşirkətinə məxsus təyyarənin qalıqları aşkarlanıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, "Douglas DC-4" markalı nəqliyyat vasitəsinin qalıqlarını xüsusi hidrolokasiya cihazları vasitəsilə 600 metr dərinlikdə aşkarlamaq mümkün olub.
74 il əvvəl mühərriklərindəki problem üzündən okeana düşən təyyarənin göyərtəsində 64 sərnişin və 5 ekipaj üzvü olub. O vaxt köməyə gələn ABŞ Hərbi Hava Qüvvələrinin hərbçiləri ekipaj üzvlərini və 12 sərnişini xilas edə bilmişdi. 52 nəfər isə həyatını itirmişdi.
Qeyd edək ki, fotoşəkilişlər təyyarənin iki hissəyə parçalandığını göstərir. Füzelyajda isə "Pan Am" yazısı aydın görünür.
L.Tağıyeva
çap et