“Nağdsız ödənişlər zamanı vəsaitlər bank sistemi üzərindən hərəkət edir. Banklar ödəniş xidmətlərindən komissiya gəlirləri əldə edir, müştərilərə müxtəlif rəqəmsal xidmətlər təqdim edir və cəlb olunan vəsaitlərdən istifadə imkanları qazanırlar. Son illər mobil bankçılığın, rəqəmsal cüzdanların və digər elektron maliyyə xidmətlərinin sürətlə yayılması bank sektorunun böyüməsində mühüm rol oynayıb”.
Bunu iqtisadçı ekspert xalid Kərimli 525.az-a bildirib. Ekspert vurğulayıb ki, rəqəmsal ödənişlərin inkişafı banklarla yanaşı, fintek şirkətlərinin də bazara daxil olmasına şərait yaradır:
“Artıq təkcə banklar deyil, müxtəlif fintek şirkətləri də elektron cüzdanlar və ödəniş xidmətləri təqdim edirlər. Bu, banklar arasında və banklarla finteklər arasında rəqabəti artırır. Rəqabətin güclənməsi isə xidmətlərin daha əlçatan və keyfiyyətli olmasına kömək edir ki, bundan əsas qazanan tərəf istehlakçılar olur”.
İqtisadçının sözlərinə görə, nağdsız ödənişlərin genişlənməsi uzunmüddətli perspektivdə həm iqtisadiyyatın şəffaflığına, həm biznes mühitinin inkişafına, həm də maliyyə sektorunun modernləşməsinə kömək edir. O hesab edir ki, rəqəmsal ödənişlərin artması yalnız texnoloji yenilik deyil, eyni zamanda iqtisadi münasibətlərin daha səmərəli və şəffaf modelə keçidinin göstəricisidir.
Sevinc Qarayeva
çap et