525.Az

Lavrov və Rubio sabah görüşəcəklər


 

Lavrov və Rubio sabah <b style="color:red">görüşəcəklər </b>

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyulun 23-də Manilada ABŞ dövlət katibi Marko Rubio ilə görüşəcək.

525.az xəbər verir ki, bu barədə Lavrov brifinqdə bildirib.

"Rubio ilə görüş artıq razılaşdırılıb. Görüş cümə axşamı səhər baş tutacaq, - o əlavə edib.

O, həmçinin bildirib ki, Moskva Vaşinqtonun Ankoricdə verdiyi təkliflərdən hələ də imtina etmədiyini düşünür.

"Bu təkliflər səsləndirilib və hər kəsə yaxşı məlumdur, çünki çoxsaylı şərhlər olub", - Rusiyanın XİN başçısı söyləyib.

Pərvanə Sultanova

 





22.07.2026    çap et  çap et